
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Ələt-Astara yolunun 24-cü kilometrliyində “KamAZ” markalı yük avtomobilinin yol kənarında dayanmış digər “KamAZ” markalı yük avtmobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:00-da başa çatıb.
Anar
Gununsesi.info