FHN əməliyyat görüntüləri yaydı - VİDEO

  • By admin
  • 10 Noyabr 2022 11:17

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 67 yanğına çıxış, 17 halda köməksiz vəziyyətdə qalma, 1 partlayış və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 7-si azyaşlı olmaqla 28 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, avtoqəzalar nəticəsində 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info