FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

fhn

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:56-da başa çatıb.

Anar

Gununsesi.info

COMMENTS