FHN 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı - FOTOLAR

  • By admin
  • 13 İyul 2017 09:16

1-1

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Gununsesi.info nazirliyini saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.

2-1 3-1

Gununsesi.info