FHN binadakı yanğınla bağlı açıqlama verdi - 15 NƏFƏRİN HƏYATI XİLAS EDİLİB

  • By admin
  • 11 Noyabr 2017 09:35

FHN Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyyə edilib. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb”.

Gununsesi.info