FHN bulvardakı atraksionların vəziyyətini yoxlayıb - FOTOLAR

  • By ilhame
  • 18 Mart 2024 19:54

DƏNİZKƏNARI MİLLİ PARKDA FƏALİYYƏT GÖSTƏRƏN ATRAKSİONLAR TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNƏ TAM CAVAB VERİR

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Novruz bayramı ərəfəsində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirib. Nəzarət-yoxlama tədbirləri zamanı atraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb. Nazirlik əməkdaşlarınının apardığı müayinələr zamanı əyləncə qurğularında heç bir qüsur aşkar edilməyib, atraksionların təhlükəsizlik tələblərinə tam cavab verdiyi müəyyən olunub.

 

Qeyd edək ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar, oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, həmçinin işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır.

Gununsesi.info