FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb - VİDEO/FOTOLAR

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb.

HTML tutorial

Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.