FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

27-28 avqust 2022-ci il tarixlərində Bakı İdman sarayının arenasında Gənclər və İdman Nazirliyinin
dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında karate üzrə
“Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib.
Turnirdə 6 ölkədən (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Küveyt, Misir və Latviya) 1000-ə yaxın
idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 56 idmançı ilə təmsil olunan FHN-in İdman-
sağlamlıq klubunun karate komandasının idmançıları məşqçi müəllimlər Coşqun Sadıqov, Xəyal
Məmmədov və Murad Hacızadənin rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.
Belə ki, qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate
komandasının uşaqlardan ibarət idmançıları 17 qızıl, 15 gümüş və 12 bürünc medal qazanmaqla yüksək
nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim
olunub.
30 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik
Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda
uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-nin karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmərsahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

HTML tutorial

Gununsesi.info