FHN-nin əməkdaşları köməksiz vəziyyətdə qalan vətəndaşa belə kömək etdi

Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində vətəndaşın köməyə ehtiyacı yaranıb.

 

Gununsesi.info xəbər verir ki, 1944-cü il təvəllüdlü E.Ələkbərovanın xəstəlik və ağır çəkili olması səbəbindən köməyə ehtiyacı olduğu müəyyən edilib.

 

Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri vətəndaşı xüsusi vasitələrin köməyi ilə fərdi yaşayış evindən çıxararaq təcili tbbi yardım briqadasına təhvil verib.

Gununsesi.info