FHN-nin texnikaları və şəxsi heyət Laçına göndərildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

HTML tutorial

Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Gununsesi.info