Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlim keçirir.
FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, noyabrın 14-də saat 10:00-dan 12:00-dək Dövlət Yanğından Mühafizə Xidməti nazirliyin digər qurumlarının iştirakı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlim keçirir.
Gununsesi.info