FHN ötən günün statistikasını açıqladı

  • By admin
  • 10 Mart 2022 11:33

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Gununsesi.info-nun FHN-in saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda körpüyə çıxaraq intihara cəhd edən 1 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info