FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

  • By admin
  • 08 Aprel 2018 16:40


Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

Gununsesi.info