FHN rəisi insanları xilas edərkən özü suda boğuldu

  • By admin
  • 02 Sentyabr 2016 11:21
FHNNNN
 
Fövqəladə Hallar Nazirilyinin (FHN) Regional idarəsinin rəisi insanları xilas edərkən çayda batıb. Rusiya FHN Primorye diyarının Regional idarəsinin rəisi, polkovnik Oleq Fyodorov öz əməkdaşlarını xials edərkən çayda boğulub.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər varir ki, hadisə Primorye diyarının Çuquyevskiy rayonunda baş verib. Belə ki, FHN xilasediciləri KamAZ markalı maşınla bölgədə baş verən tufandan əziyyət çəkən insanlara yardıma gedən Çuquyevsk rayonunun Uborka  kəndində Pavlovka çayı üzərindəki  körpüdən keçərkən çaya düşüb. Maşında olan doqquz nəfər  çaya düşüb. Onların arasında FHN Regional İdarənin rəisi O. Fyodorov da olub. Rəis çaya düşən tabeçiliyində olan səkkiz nəfəri xilas edib. Ancaq özü çıxa bilməyərək suda boğulub.
Dalğıclar O.Fyodorovun cəsədini sudan çıxarıblar.
Onun 45 yaşı var imiş.
Gununsesi.info