FHN “Təzə Bazar”da baş vermiş yanğınla bağlı məlumat yayıb

  • By admin
  • 04 Aprel 2017 07:14

fhn yangin teze bazar

Bu gün gecə saatlarında Bakıda “Təzə Bazar”da yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info