FHN Xəzərdə batma təhlükəsi ilə üzləşən 5 nəfəri xilas etdi

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 23:34

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 5 nəfər xilas olunub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.