FHN zabiti vəfat edib

  • Müəllif: Firuzə
  • 26 Dekabr 2025 18:15

Bu gün gecə saatlarında evdə halı pisləşən Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.

Gununsesi.info məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovu  mərkəzin tibb məntəqəsinə çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna göndərilib.

 

Gununsesi.info