FHN zirzəmidə qalmış uşağı xilas etdi

  • By admin
  • 30 Sentyabr 2017 19:38

fhn yangin masin
Gəncədə zirzəmidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib. Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açıb və uşaqı aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info