Fici sahillərində zəlzələ

  • By admin
  • 22 Noyabr 2020 13:55

Sakit Okeanın Fici sahilləri yaxınlığında zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən,  5,5 bal gücündə olan zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

 

 

Gununsesi.info