Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Tərəflər İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasından keçməsini müzakirə ediblər.
Fidan bildirib ki, Türkiyə F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.
Qəzzadakı son hadisələr də müzakirə edilib.
Gununsesi.info