Fidanla Lavrov arasındakı telefon danışığının təfərrüatları - YENİLƏNİB

  • By Günel
  • 23 Yanvar 2025 20:27

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.

Gununsesi.info bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib”, – məlumatda deyilir.

XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün “xarici oyunçuların” səylərini birləşdirməyin vacibliyini vurğulayıblar.

Bundan əlavə, Lavrov Bolu vilayətində dağ-xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisələrlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı vəziyyəti və terrorizmlə mübarizəni müzakirə ediblər.

Gununsesi.info