Fidanla Rubionun Cənubi Qafqaz gündəmi: niyə “gizlədilib”?

  • By Admin2
  • 15 Fevral 2025 13:27

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Marko Rubio arasında Münhendən ötən gün baş tutan görüşdə Cənubi Qafqaz da müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rubionun X sosial şəbəkəsindəki paylaşımından məlum olur.

“Bu gün Münhendə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüm. Biz ölkələrimizin bir çox ortaq maraq və məqsədlərini, həmçinin İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya çərçivəsində Suriyada inkişaf edən vəziyyəti, Cənubi Qafqazdakı və Rusiya ilə Ukrayna arasında münaqişələr də daxil olmaqla, təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün ABŞ-Türkiyə münasibətlərinin gücləndirilməsi yollarını müzakirə etdik”, – o yazıb.

Qeyd edək ki, ötən gün yayılan məlumatda Fidan və Rubionun yalnız Suriya və Qəzzanı müzakirə etdiyi bildirilmişdi.

Gununsesi.info