FİFA Almaniya yığmasının rəsmilərinə qarşı araşdırmalara başlayıb

  • By admin
  • 25 İyun 2018 11:46

Onlar İsveç millisinin ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik jest göstəriblər 

FİFA dünya çempionatının II turunda Almaniya və İsveç yığmaları arasındakı oyun zamanı baş vermiş insidentlə əlaqədar araşdırmalara başlayıb.

Bundestimin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Almaniya yığmasının mətbuat katibi Ulrix Foyqt və Almaniya Futbol İttifaqının (DFB) meneceri Georq Belau rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik jest göstərib. Bu, uzatma dəqiqələrində Toni Kroosun vurduğu qələbə topundan sonra baş verib. Sonradan DFB İsveç millisindən üzr istəyib.

Qeyd edək ki, görüş iyunun 23-də Soçidəki “Fişt” stadionunda keçirilib.