
FİFA Şimali İrlandiya və Uels Futbol assosiasiyalarına qarşı iş açıb.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb hər iki ölkə yığmalarının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin IV tur oyununa köynəklərində silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub.
FİFA bu əlaməti siyasi rəmz hesab etdiyindən onun idman geyimində əks olunmasına icazə vermir. Bu səbəbdən hər iki futbol assosiasiyasına qarşı intizam sanksiyaları tətbiq edilə bilər.
Şimali İrlandiya Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə FİFA-nın bu qərarına qarşı özlərini müdafiə edəcəklərini bildirib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Uels Serbiya yığması ilə heç-heçə (1:1) edib, Şimali İrlandiya isə öz meydanında Azərbaycanı 4:0 hesabı ilə məğlub edib.
Gülnaz Qənbərli
Gununsesi.info