FIFA qadın futbolçunu öpən federasiya prezidentinə üçillik cəza verib

İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Funksioner ali qurumun İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.

Luis Rubiales avqustun 20-də qadınlar arasında dünya çempionatının finalı zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.

Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.

 

Gununsesi.info