FİFA Rusiya ilə bağlı WADA-nın qərarına şərh verib

  • By admin
  • 09 Dekabr 2019

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin çıxardığı qərar futbola da şamil oluna bilər.

Gununsesi.org-un məlumatına görə, FİFA Rusiyanın 4 il müddətinə Olimpiya Oyunları və dünya çempionatlarından kənarlaşdırılmasına münasibət bildirib.

Qurumdan bildirilib ki, qadağanın futbola şamil olunub-olunmayacağı təşkilatlar arasında müzakirələrdən sonra bəlli olacaq: “WADA-nın İcraiyyə Komitəsinin çıxardığı qərar FİFA-nın diqqətindədir. Sanksiyanın futbola mümkün tətbiqi ilə bağlı WADA və Yay Olimpiya Beynəlxalq Federasiyaları Assosiasiyası ilə əlaqədəyik”.

Qeyd edək ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək, Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilib.

 

Gununsesi.org