Fikrət Doluxanov vəzifəsindən getdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Gununsesi.info xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, – deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

2022-ci ilin yanvarında Xocalıda Rusiya sülhməramlıları ilə F. Doluxanov arasındayaşanan insidentictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilmişdi. Jurnalistin operatoruna “çək, Fərmayıl, çək”, – deyə müraciət etdiyi kadrlar xeyli danışılmışdı.