Fikrət Məmmədov barədə məsələ plenar iclasa tövsiyə olundu

  • By admin
  • 20 Fevral 2024 12:41

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

 

Gununsesi.info