Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir.
Bu barədə Gununsesi.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.
Xatırladaq ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
Gununsesi.info