
Ədliyyə naziri Fikrət Məmmədov avqustun 22-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qəbulda Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.Qəbul Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, 32) keçiriləcək.Vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, əlaqə telefonu: (022) 254-48-21, (050) 222-46-46), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları vəcontact@justice.gov.az
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Gülnaz Qənbərli
Gununsesi.info