Fikrət Məmmədov yeni rəis təyin etdi

  • By admin
  • 27 Sentyabr 2019 21:44

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına yeni rəis təyin olunub. 

Gununsesi.org-un verdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təcridxanaya rəis təyin olunub.

Qeyd edək ki, A. Quliyev daha öncə məntəqə tipli cəzaçəkmə müəssəsinin rəisi vəzifəsində çalışıb. 2 saylı istintaq təcridxanasının əvvəlki rəisi ədliyyə polkovniki Ruslan Rəsulov olub.

 

 

Gununsesi.org