Fikri Sağlar CXP-də “fikir” dəyişdirdi: PARTİYADAN QOVULMADI, SADƏCƏ,QINANDI

  • By admin
  • 27 May 2017 20:25

CUMHURIYET HALK PARTISI PARTI MECLISI GENEL BASKAN YARDIMCISI ADNAN KESKIN BASKANLIGINDA TOPLANDI

Kamal Kılıcdaroğlunu “tək adam” adlandırması və genəl başqana bir sıra ittihamlar irəli sürməsi ilə səbəbilə bir müddət öncə CXP Disiplin Kuruluna (İntizam Komissiyasına) partiyadan xaric olunması üçün verilən Mərsin millət vəkili Fikri Sağlar haqqında qərar çıxarılıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, CXP Disiplin Kurulu F. Sağları partiya sıralarından çıxarmasa da, onunla bağlı qınama qərarı verib.
Yəni, F. Sağların bundan sonra da  CXP sıralarında fəaliyyət göstərməsi məqsədəuyyğun sayılıb.
Xatırladaq ki, K.Kılıcdaroğlu partiya daxilində qovğa yaratmaq istəyənləri qapının önünə qoyacağını bildirmişdi.
Onu da qeyd edək ki, K. Kılıcdarğolu onun istəyinə uyğun qərar qəbul etməyən Disiplin Kurulunun son addımı ilə bağlı hələlik heç bir fikir bildirməyib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info