“Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə məhkəmədə müsbət qərar çıxarılacaq” - MİXAİL ZABELİN

  • By admin
  • 14 Sentyabr 2017 13:48

mixail zabelin

“Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub”. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib.

M.Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi.

“Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə sentyabrın 19-da keçiriləcək məhkəmədə müsbət qərar çıxarılacaq”, – deyə o qeyd edib.

Gununsesi.info