Fil onunla selfi çəkdirmək istəyən kişini əzdi - VİDEO

  • By admin
  • 06 Sentyabr 2017 11:35
Без названия
Fil onunla selfi çəkdirmək istəyən şəxsi ayaqları altına salıb öldürdü. 
Gununsesi.info “Daily Mail”ə istinadən xəbər verir ki, fillə selfi çəkdirmək cəhdində bulunan şəxsə qəzəblənib, qovaraq ayaqları altına salaraq əzişdirib.

Hadisə Hindistanın Orissa ştatındakı parkda baş verib. Hadisə şahidlərinin dediyinə görə, yerli sakin fillə şəkil çəkdirmək üçün filə çox yaxınlaşıb və fili qəzəbləndirib. Qəzəblənən fil onunla şəkil çəkdirmək istəyən şəxsi qovub. Fildən canını qurtarmaq istəyən şəxs yerə yıxılıb. Fil isə onu ayaqları və xortumu ilə vurmağa başlayıb.
Hadisə şahidləri və parkın işçiləri daşlarla fili güclə qovmağa nail olurlar. Buna baxmayaraq, filin təpiklərindən xəsarət alan şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Mürtəza
Gununsesi.info