
Martın 14-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Filarmoniya və Mədəniyyət kanalı birgə konsert keçirəcək.
Filarmoniyadan Gununsesi.info-ya verilən məlumata görə, konsertdə bədii rəhbər və dirijor Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist – Səbuhi Cəfərovdur (tar).
Qeyd edək ki, proqramda Q.Qarayev, H.Xanməmmədov, R.Xorsakov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi, N.Əliverdibəyovun əsərləri səslənəcək.
Gununsesi.info