Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

  • By admin
  • 28 Dekabr 2017 22:46


Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat verib.

Təbii fəlakətin episentri 12 min nəfərin yaşadığı Kaburan yaşayış məntəqəsindən 254 km cənub-şərqdə, dənizdə olub. Zəlzələnin ocağı 53,6 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info