Filippin sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı açıqlanıb

Filippin sahillərində baş verən zəlzələdə azı yeddi nəfərin öldüyü məlum olub.

Hadisə zamanı iki nəfərin hələ də itkin düşdüyü bildirilir.

Qeyd edək ki, Filippin sahillərində yeddi bal gücündə zəlzələ noyabrın 17-də baş verib. yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 57 km cənub-şərqdə olub.

Zəlzələ ocağı 57 km dərinlikdə yerləşib.

 

Gununsesi.info