Filippin və ABŞ orduları birgə təlimlərə başladı

  • By admin
  • 04 Oktyabr 2022 14:42

Filippin və ABŞ orduları Cənubi Çin dənizindəki ani böhranlara və Tayvan gərginliyinə dərhal cavab vermək üçün birgə təlimlərə başlayıb. Təlimlərdə 2500-dən çox əsgərin iştirak etdiyi bildirilir.

Gununsesi.info xəbər verir ki, Luzon adası ətrafında keçirilən manevrlərdə ABŞ-dan 1900, Filippin ordusundan 600-dən çox dəniz piyadası iştirak edir.

Oktyabrın 14-də başa çatacaq təlimdə ABŞ-ın HİMARS raket sistemləri və səsdən iti döyüş təyyarələri həqiqi atəş açıblar.

ABŞ ordusunun 3-cü dəniz piyada diviziyasının komandiri, general-mayor Cey Barqeron Filippindəki təlimlərin Yaponiyanın şimalındakı Hokkaydo adasında Birləşmiş Ştatlar və Yaponiya əsgərlərinin keçirdiyi təlimlərlə eyni tarixlərə düşdüyünə diqqət çəkib:

“Eyni vaxtda keçirilən təlimlər ABŞ-ın müttəfiqləri Filippin və Yaponiya ilə real birgə fəaliyyətlər vasitəsilə müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Bu təlimlər Hind-Sakit okean regionunda potensial böhrana cavab verəcək. Qarşılıqlı fəaliyyət və hazırlıq amillərini gücləndirəcək, tərəflərin əməkdaşlığını artıracaq. Eyni zamanda, taktiki əməliyyatlar vasitəsilə dəniz piyadalarının humanitar və təcili yardım imkanlarını təkmilləşdirəcək”.

Gununsesi.info