
Dünyanın ən seysmik hərəkətli ölkələrindən biri olan Filippində 6,7 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin cənubundakı Sarangani şəhəri sahillərindən 100 kilometr aralıda olduğunu bildirib.
Təxminən 70,3 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.
Filippin Sakit Okean Seysmik Bölgəsində yerləşir və “Alov halqası” kimi də tanınır.
Gununsesi.info