Filippində 6,9 bal gücündə zəlzələ baş verib

  • By admin
  • 04 Dekabr 2023 09:11

Filippinin Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.

Yerin təxminən 30,5 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

USGS bu gün Mindanao adasının şərq sahillərində 7 bal gücündə zəlzələnin baş verdiyini və daha sonra zəlzələnin maqnitudasını 6,6 bal gücündə yenilədiyini bildirib.

Ötən gün Mindanao bölgəsi yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib və zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Fəlakətlərin Azaldılması Agentliyinin prezidenti Şieldon İsidoro zəlzələdə bir nəfərin öldüyünü bildirib.

Zəlzələdən sonra əksəriyyətinin maqnitudası 5 baldan çox olan afterşoklar baş verib.

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit okean seysmik bölgəsində yerləşir.

Gununsesi.info