
Rodriqo Duterte Filippinin yeni prezidenti seçildikdən sonra bu ölkədə cinayətkarlıqla mübarizə çərçivəsində 2,4 min nəfər öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “France Press” agentliyi ölkə polisinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, polis narkotik maddələrin satışında və digər cinayətlərdə şübhəli bilinən 1011 nəfəri əməliyyatı zamanı öldürüb. Daha 1391 nəfərin qətli araşdırılır. Hansı ki, bunun hüquq-mühafizə orqanlarının fəaliyyətə aidiyyəti yoxdur.
Ölkə prezidenti Davaoda avqustun 2-də baş vermiş partlayışdan sonra Filippində “qanunsuzluq vəziyyəti” elan edib. Bu, hərbçilərə polislə birlikdə hərəkət etməyə imkan verəcək.
Qeyd edək ki, Rodriqo Duterte mayda keçirilən seçkilərdə prezidenti seçilib.
Gununsesi.info