Filippində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zəlzələ zamanı 210 nəfər xəsartə alıb, 1 nəfər isə itkin düşmüş sayılır.
Xatırladaq ki, dekabrın 15-i Filippində 6,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.
Gununsesi.org