Filippində qasırğa nəticəsində ölənlərin sayı 400-ə çatır

  • By admin
  • 29 Dekabr 2021 00:01

Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı 400 nəfərə çatır.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkədə təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 397 nəfər ölüb, 1 147 nəfər yaralanıb, 83 itkin var.

Qeyd edilir ki, ölkənin 4,23 milyondan çox sakini təbii fəlakətdən müxtəlif dərəcədə zərər çəkib, 284 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr hələ də davam edir.

İlkin hesablamalara görə, qasırğa infrastruktur və kənd təsərrüfatına müvafiq olaraq 16,71 milyard peso (330,7 milyon ABŞ dolları) və 5,34 milyard peso (105,7 milyon ABŞ dolları) məbləğində ziyan vurub. Bundan başqa, təbii fəlakət 167,4 mindən çox yaşayış binasını tamamilə məhv edib, 508,7 min binaya ziyan dəyib.

Gununsesi.info