Filippinin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.
Rəsmi rəqəmlərə görə, bu gün ondan artıq cəsəd aşkarlanıb.
Qeyd olunub ki, mədən işçiləri və kəndlilər də daxil olmaqla hələ də 51 nəfər itkin var.
Qeyd edək ki, torpaq sürüşməsi Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verib.
Gununsesi.info