Filippində hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

  • By admin
  • 16 Sentyabr 2020 13:11

Filippinin cənubunda yerləşən Basilan əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter ölkənin Zamboanqa şəhərindən Xoloya vətəndaşları təxliyə etmək üçün uçurmuş.

Qəzaya səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Helikopter havaya qalxmazdan əvvəl güclü külək əsib, sonra leysan yağışı yağıb.

Qəza yerində 4 nəfərin meyiti aşkarlanıb.

 

 

Gununsesi.info