Filippində qasırğa ilə bağlı təxliyyə tədbirləri görülür

  • By admin
  • 19 Noyabr 2019 19:08

Filippinin şimalına “Ramon” (“Kalmaegi”) tropik qasırğasının gəlməsi ilə bağlı azı 5400 sakinin təxliyyə olunduğu bildirilir.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, aidiyyətli qurumların məlumatına görə, Kaqayan əyalətinin 11 şəhərində təxliyyə məntəqələri açılıb, eyni zamanda bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Həmçinin Santa Anna və Qonzaqa bələdiyyələrində elektrik təchizatı da dayandırılıb. Allakapan bələdiyyəsi ərazisində torpaq sürüşmələri üzündən yollar yararsız vəziyyətə düşüb. İlaqan şəhərində körpülərdən biri su altında qalıb.

Qeyd edək ki, “Ramon” tropik qasırğası leysan yağışları və 120 kilometrədək fırtına ilə son günlər ölkənin şimalında ikinci qasırğadır.

 

Gununsesi.org