Fillərin əyləncə məqsədilə istifadəsi qadağan edildi

  • By admin
  • 26 Fevral 2024 09:21

Banqladeş Ali Məhkəməsi fillərin kommersiya və rekreasiya məqsədləri üçün istifadəsinə verilmiş lisenziyaların dayandırılmasına qərar verib.

Gununsesi.info bildirir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Ali Məhkəmə bir qeyri-hökumət təşkilatının fillərə qarşı sui-istifadə hallarının dayandırılması ilə bağlı müraciətinə cavab olaraq fillərin şəxsi mülkiyyət kimi istifadəsinə dair qərarını açıqlayıb.

Qərarda bildirilib ki, yaşayış yerlərindən götürülən fillərin sirk şouları, paradlar kimi tədbirlərdə əyləncə və kommersiya məqsədləri üçün istifadəsinə icazə verən lisenziyaların verilməsi və mövcud lisenziyaların yenilənməsi dayandırılıb.

Fevralın 18-də ölkədəki “Heyvanların Rifahı Fondu (PAW)” adlı heyvan hüquqları təşkilatının məhkəməyə təqdim etdiyi ərizədə fillərdən ticari və siyasi tədbirlərdə istifadənin qadağan edilməsi istənilib.

Müraciətdə bala fillərin analarından zorla ayrılaraq sirk tamaşalarında istifadə edilmək üçün ağrı verərək öyrədildiyi vurğulanıb və Meşə Təsərrüfatı Nazirliyinin sirk kimi yerlərdə fillərdən istifadəyə icazə verilməsi səlahiyyəti verilib.

Gununsesi.info