Film kimi hadisə: Həbsdə olan arvadını qaçırdı

  • By admin
  • 29 İyul 2020 10:11

Türkiyənin Adana şəhərində kişi koronavirus şübhəsi ilə həbsxanadan xəstəxanaya aparılan arvadını qaçırıb.

Gununsesi.info bildirir ki, “HaberGlobal” məlumatına görə, 31 yaşlı Songül Beyazlat 30 yaşlı əri Onur Beyazlat tərəfindən xəstəxananın qarşısından qaçırılıb.

S.Beyazlat narkotik alverinə görə həbs olunub. Xəstəxanaya gətirilən qadın qəfil özünü maşından atıb. Sonra o, ərinə məxsus avtomobilə minib və onlar sürətlə hadisə yerindən uzaqlaşıblar.

Polis həmin şəxsləri saxlaya bilməyib. Onların və maşında olan kimliyi bilinməyən digər şəxsin axtarışlarına başlanılıb.

Gununsesi.info