Film kimi olay: Həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi

  • By admin
  • 19 Dekabr 2020 18:17
21 il əvvəl Rusiyada həbsxanadan qaçan şəxs Gürcüstanda saxlanılıb.
Bu barədə 360 TV xəbər yayıb.
Məlumata görə, Nikolay Pavlyuk ötən əsrin 90-cı illərində Rostov şəhərində quldurluqla məşğul olub.
Qarətlə əlaqədar 21 yaşlı gənc səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Lakin müddətin yarısı bitməmiş gənc məhbus darıxıb və nəzarətçiyə pul verərək iki tanışı ilə birlikdə oradan qaçıb: Dama-dama çantanın içində qıvrılıb qalan məhbusları  nəzarətçinin yoxlanışından keçirmədən həbsxanadan çıxarmaq mümkün olub.
Sonradan Pavlyuk saxta sənədlərlə Qazaxıstanda, Almaniyada görünüb. Bu müddətdə o, evlənib, ata olub və boşanıb.
Xüsusi təhlükəli cinayətkarı, nəhayət, Gürcüstanda saxlamaq mümkün olub.
Hazırda onun vətəninə ekstradisiyası müzakirə edilir.