Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu gün İstanbul Ataşehirdə baş verən hadisə ilə əlaqədar komissar müavini Çətin Güləni və motokuryeri təbrik edib.
Gununsesi.info xəbər verir ki, nazir Ataşehirdə baş verən hadisə ilə bağlı sosial media hesabında paylaşım edib.
“Bu səhnə filmdə deyil, İstanbulun Ataşehirində baş verib. Vətəndaş şikayət edib ki, sürücü ona tapança dartıb. Bölgə rəisimiz, komissar müavini Çetin Gülən sözügedən maşını saxlamaq istədi, lakin sürücü dayanmadı və yoluna davam etdi. Müavinimizin polis maşını əks istiqamətdə getdiyi üçün bu dəfə kuryer onun motosikletini saxlayıb arxasınca getdiyi maşını tutdu. Hadisə ilə bağlı məhkəmə prosesi davam edir. Vəzifəsini layiqincə yerinə yetirən Komissar müavinimiz Çətin Güləni təbrik edirəm. Polislərimizə kömək edən motorlu kuryer sürücümüzə təşəkkür etmək istəyirəm”, – deyə nazir qeyd edib.
Səid Əhmədli
Gununsesi.info